21 iyun 2018-ci il tarixində Musiqi Bayramı Bakının küçələrini yenidən canlandıracaq!

15:40 - 19.06.2018


19 iyun, Fineko/abc.az. Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini bayram edir. Yay fəslinə düşən bu bayram küçələrdə, ictimai park və bağlarda, binaların həyətlərində və digər ictimaiyyətə açıq yerlərdə qeyd edilir. Musiqi ifası Bakının küçələrində səslənəcək, İçərişəhərin dar küçələrini canlandıracaq, Fəvvarə meydanı və Nizami küçəsi boyunca yayılacaq.

Tədbir Fransanın Azərbaycandakı Səfirliyi və Fransız İnstitutu tərəfindən, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, Street Food Festival və Maks Events-lə birgə təşkil olunub.

Festivalın tam proqramı tezliklə Facebook səhifələrimizdə elan ediləcək.

https://www.facebook.com/france.azerbaidjan

https://www.facebook.com/institutfrancaisbakou/