15:09 - 27.02.2023
27 fevral, Fineko/abc.az. Ölkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər.
Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur.
ABC.AZ xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətiqeyd olunan sahə üzrə 2022-ci ilin statistikasını təqdim edib.
2022-ci ildə bağlanan ipoteka müqavilələrinin sayı
2022-ci ildə ölkəmizdə 72.977 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2021-ci il ilə müqayisədə 19.202 və ya 35,7% çox olub.
2022-ci il ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar
2022-ci il ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ildə 42.970 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Ötən ildə girov qoyulmuş ümumi 72.977 əmlakdan 12.280-i torpaq sahəsinin, 10.818-i isə fərdi yaşayış evinin payına düşüb.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024