Nazir İnam Kərimov Şəki rayonunda vətəndaşlarla görüşəcək

22:42 - 19.06.2018


19 iyun, Fineko/abc.az. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov  22 iyun 2018-ci il tarixində, saat 11:00-da Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarının sakinləri ilə görüşəcək.  

Görüşdə iştirak etmək istəyənlər Şəki  şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-735-35-77) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.