Varisi olmayan əmlak bələdiyyələrə keçməyəcək

11:16 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Varisi olmayan əmlak bələdiyyələrə keçməyəcək.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak bələdiyyə əmlakının yaranması mənbələri sırasından çıxarılır.

Qeyd edək ki, vərəsəliklə bağlı əsas tənzimləyici sənəd olan Mülki Məcəllədə varisi olmayan əmlakın bələdiyyələrə keçməsi halı nəzərdə tutulmayıb.