12:15 - 2.03.2023
2 mart, Fineko/abc.az. Azərbaycanda dövlət istiqrazlarından sonra ən böyük portfelə malik olan İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları üzrə maraqlı yeniliklər baş verib.
ABC.AZ xəbər verir ki, əvvəla fondun istiqrazları üzrə faiz və nominal ödənişlər açıqlanıb.
Faiz ödənişləri ilə bağlı vəziyyət sadədir, istiqraz sahibləri gəlirlərini götürüblər. Amma paralel olaraq istiqrazlar üzrə nominal ödənişlər də həyata keçirilib. Nominal ödəniş – istiqrazların əsas (yəni nominal) dəyərinin bir hissəsinin əvvəlcədən ödənilməsidir.
Söhbət Fondun 2021-ci ildə buraxdığı AZ2051008681 istiqrazlardan gedir.
Bakı Fond Birjasından verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən emissiya edilmiş AZ2051008681 İSİN-li istiqrazın emissiya prospektinə əsasən, istiqraz üzrə faiz ödənişləri günündə faiz ödənişi ilə yanaşı, istiqrazın nominal üzrə qalıq dəyərinin müəyyən bir hissəsinin ödənilməsi nəzərdə tutulub.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024