Aeroportları olmayan 5 kiçik ölkə - SİYAHI

15:05 - 2.03.2023


2 mart, Fineko/abc.az. Dünyanın 5 kiçik ölkəsində aeroport yoxdur və bu dövlətlərin ərazisinə gələn turistlər digər nəqliyyat vasitələrindən istifadə edirlər.

ABC.AZ həmin ölkələr barədə məlumatları təqdim edir.

Vatikan: Əhalisinin sayı cəmi 800 nəfər olan dünyanın bu ən kiçik dövlətində aeroport tikintisi üçün uyğun ərazi də yoxdur. İtaliyanın Ciampino və Fiumicino aeroportlarına gələn səyahətçilər qatarla cəmi 30 dəqiqəyə bu şəhərə çata bilirlər.

Monako: Bu ikinci ən kiçik dövlət üç tərəfdən Fransa ilə həmsərhəddir və ərazisində aeroport yoxdur. Monakoya səfər etmək istəyənlər Fransanın Nis şəhərinin “Côte d'Azur” aeroportuna gələrək taksi ilə bu knyazlığa yollana bilərlər.

San Marino: Vatikanın yaxınlığında yerləşən bu kiçik ölkə dünyanın ən qədim dövlətlərindən biridir. Hər tərəfdən İtaliya ərazisi ilə əhatə olunmuş San Marinonun dənizə çıxışı yoxdur. Torpaqları çox kiçik olduğundan, burada aeroport tikilməyib.

Lixtenşteyn: Bu ölkənin o qədər də böyük olmayan ərazisinin perimetri cəmi 75 kilometrdir. Dağlıq relyefi və çox kiçik ərazisi bu cırtdan dövlətə Reyn çayı sahilində və Avstriya dağları ətəyində aeroport tikməyə imkan verməyib.

Andorra: Ərazisi sadaladığımız ölkələrdən böyük olsa da, Andorra Knyazlığı dağlıq relyefə malik olması səbəbindən aeroporta sahib deyil. Bu dövlət Fransa və İspaniya arasında yerləşir və Pireney dağları ilə əhatə olunub. Andorra sakinləri və knyazlığa gələn turistlər təxminən 200 kilometr uzaqlıqda yerləşən İspaniyanın Barselona aeroportundan istifadə edirlər.