Palata: Azərbaycanın sığorta bazarı təxminən 50% artıb

11:51 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sektorunun ciddi artımını bildirir.

VI Sığorta Konfransı zamanı Palatanın icraçı direktoru İbrahim Alışovun sözlərinə görə, Azərbaycanda makroiqtisadi mühitin formalaşması sığorta yığımlarının  artmasına səbəb olmuşdur.

“Belə ki, beş ay ərzində sığorta sektorunun ödənişləri 352 milyon manat təşkil edib ki, bu da illik hesabatda 47% çoxdur. Ödənişlərin  73 faizi könüllü, 27 faizi isə icbari sığorta növlərinin payına düşüb”, - deyə İ. Alışov bildirib.

 

Bütün xəbərlər