Bu Fondun avtomobilləri satışa çıxarılacaq

10:13 - 6.03.2023


6 mart, Fineko/abc.az. Aprelin 12-də Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Əmlak Xidmətləri məkanında Əmanətlərin Sığortalanması Fonduna məxsus avtomobillərin açıq hərracda satışı həyat keçiriləcək.

ABC.AZ xəbər verir ki, hərraca 2 avtomobil – 2007-ci il “Toyota Camry” və 2013-cü il “BMW 760LI” çıxarılacaq.

“Toyota Camry”nin ilkin satışa qiyməti 11 050 manat, «BMW 760LI»nin ilkin satış qiyməti isə 50 min manat müəyyən edilib. Hərraca qatılmaq üçün bu məbləğin 10%-i qədər beh saxlamalıdır.

Qeyd edək ki, hər iki avtomobil hərraca 2-ci dəfədir çıxarılır – fevralın 21-də keçirilən hərracda maşınlar satılmamışdı.

Əvvəlki hərracda “Toyota Camry”nin qiyməti 13 min manat idi, indi 11 min manata endirilib, “BMW 760LI”nin qiyməti isə dəyişməyib, əvvəlki hərracda da 50 min manat idi.