14:23 - 6.03.2023
6 mart, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci ildə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
ABC.AZ xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, Xidmət rəisi Mətin Eynullayev bildirib ki, Dövlət Xidməti ölkə başçısının fərman və sərəncamları ilə verilmiş tapşırıqların vaxtında və tam həcmdə icrasının təmin edilməsi istiqamətində işlərini davam etdirir.
Ötən il ərzində Dövlət Xidməti tərəfindən daşınmaz əmlak idarəçiliyi və mülkiyyət münasibətlərinin təkmilləşdirilməsi, xidmətlərin elektronlaşdırılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətlərində tədbirlər həyata keçirilib.
2023-cü ildə qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran Dövlət Xidmətinin rəisi bildirib ki, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası istiqamətində Dövlət Xidmətinin fəaliyyət sahələri ilə bağlı işlər sürətlə davam etdirilməlidir.
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024