Bağlanan bankın daşınmaz əmlakı satışa çıxarılır

14:58 - 6.03.2023


6 mart, Fineko/abc.az. Martın 27-də “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “AGBank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan ABC.AZ-a bildirilib ki, daşınmaz əmlak, Qəbələ şəhəri, Mirzə Fətəli Axundov küçəsində istifadədə olan 0,12 hektar torpaq sahəsində yerləşən (ü/s 94.49 kv.m) fərdi yaşayış evidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 57 min 500 manatdır. Satış qiymətinin 5 faizi həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir. Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi 27 (“AVİS” aptekin arxası).