Azərbaycanın xarici ticarət dövriyyəsindən əldə edilən müsbət saldo 2,15 dəfə artıb

17:33 - 20.06.2018


20 iyun, Fineko/abc.az. Yanvar-may aylarında Azərbaycan 160 ölkə ilə 11,226 milyard dollar həcmində  xarici ticarət əməliyyatlar aparıb.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ticarət əməliyyatlarının göstəricisi il ərzində 54,5% artıb.

“İxrac üzrə 7,371 milyard dollar, idxal üzrə isə 3,855 milyard dollar həcmində ticarət əməliyyatları yerinə yetirilib. Beləliklə, ötən ilin eyni dövrünə nisbətən ixrac 65,6%, idxal 36,85% artıb. Nəticədə, 3,515 milyard dollar həcmində müsbət saldo yaranıb ki, bu da ötən ilin göstəricisindən 2,15 dəfə çoxdur”, - Dövlət Gömrük Komitəsindən belə bildirildi.

 

Bütün xəbərlər