Son 1 ildə torpaq sahələrinin qeydiyyatı 3 faizdən çox artıb

10:20 - 15.03.2023


15 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, bu ilin yanvar-fevral aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatını aparıb.

ABC.AZ quruma istinadən xəbər verir ki, son 1 ildə torpaq sahələrinin ilkin qeydiyyatı 3,1% artaraq 5 847 olub.

Bu dövrdə 68 883 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 74,1 % artım deməkdir.

İl ərzində qeydiyyata alınan ipoteka müqavilələrinin sayı isə 22,8% artaraq 12 102 olub.