Xalis mənfəəti azalan banklar

15:36 - 16.03.2023


16 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 18-nin ötənilki (xalis) mənfəəti əvvəlki illə müqayisədə çox olub.

ABC.AZ “Renkinq” -ə istinadla xəbər verir ki, bunlar, “Azər-Türk Bank”, “Rabitəbank”, “Turan Bank”, “Bank VTB Azərbaycan”, “Premium Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”  “Naxçıvan Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Express Bank”, “Bank of Baku”, “Bank Respublika”, “Azərbaycan Beynəlxalq Bankı”, “Günay Bank”, “AFB Bank” və “Zıraat Bank Azərbaycan” ASC-lər, “Access Bank” QSC-dir. Ən yüksək dinamika “Azər-Türk Bank”da (20,2 dəfə), ən aşağı dinamika isə “Zıraat Bank Azərbaycan”da (7,5%) qeydə alınıb.

4 bankın – “Xalq Bank”, “Yelo Bank”, “Unibank” və “Muğan Bank” ASC-lərin isə (xalis) mənfəəti azalıb. Ən çox azalma “Muğan Bank”da (96,3%), ən az azalma isə “Xalq Bank”da (0,3%) qeydə alınıb.

2 bank – “Yapı Kredi Bank Azərbaycan” QSC və İran Milli Bankının Bakı filialı ötən ili mənfəətlə, əvvəlki ili zərərlə, 1 bank - “Bank BTB” ASC isə ötən ili zərərlə, əvvəlki ili  mənfəətlə başa vurub. Odur ki, bu bankların (xalis) mənfəətinin / zərərinin dinamikasını hesablamaq mümkün olmayıb.

 

Bütün xəbərlər