Azərbaycanda Xəzər dənizinin sahilini çirkləndirən vətəndaş 700 manat cərimə edilib

10:39 - 21.06.2018


21 iyun, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin sahilini çirkləndirən vətəndaş barəsində cərimə tətbiq edib.

Nazirliyin məlumatında deyilir ki, qurumun “Qaynar xətt”inə Şüvəlan qəsəbəsi Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı şikayət daxil olub.

“Nazirliyin əməkdaşları tərəfindən yerində aparılmış araşdırma nəticəsində  tullantıların əraziyə Şüvəlan qəsəbə sakini Yusif Atayev tərəfindən atıldığı məlum olub. Qanun pozucusu barəsində protokol tərtib edilib və o, 700 manat məbləğində cərimə edilib. Ərazi tullantılardan Şüvəlan bələdiyyəsi tərəfindən təmizlənib”, - deyə məlumatda bildirilir.

 

Bütün xəbərlər