Son iki ayda Azərbaycanın xarici ticarət əməliyyatları bu qədər olub

17:25 - 16.03.2023


16 mart, Fineko/abc.az. 2023-cü ilin yanvar-fevral dövründə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 171 milyon 421 min dollar, o cümlədən, ixrac 4 milyard 520 milyon 437 min dollar, idxal 2 milyard 650 milyon 985 min dollar, müsbət saldo 1 milyard 869 milyon 452 min dollar təşkil edib.

ABC.AZ bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral dövründə Azərbaycanən xarici ticarət əməliyyatlarının həcmi 7 milyard 940 milyon 221 min ABŞ dollar, ixrac 5 milyard 967 milyon 735 min dollar, idxal 1 milyard 972 milyon 485 min dollar, müsbət saldo 3 milyard 995 milyon 249 min dollar təşkil etmişdi. Beləliklə, Azərbaycanın ixracı azalıb, idxalı artıb, müsbət saldo 2 dəfədən çox kiçilib.

Bütün xəbərlər