Neft bahalaşır, Brent bir barelə $75,42 təşkil edir

09:45 - 17.03.2023


17 mart, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə günü hərracda artır.

London ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin dəyəri 09:40 –da $0,72 (0,96%) artaraq bir barelə $75,42 çatdı. Martın 16-da keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin may ayı üçün fyuçersləri $1,01 (1,37%) artaraq bir barelə $74,70-a çatıb.

Saat 09:40-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin aprel fyuçerslərinin qiyməti $0,67 (0,98%) artaraq bir barelə $69,02 yüksəldi. Martın 16-da keçirilən hərracların nəticələrinə görə, aprel neft fyuçerslərinin qiyməti $0,74 (1,10%) artaraq bir barelə $68,35-a çatıb.

 

Bütün xəbərlər