Bir həftədə FED-in balansı 300 milyard dollar artıb

10:18 - 17.03.2023


17 mart, Fineko/abc.az. FED ötən həftənin balans hesabatını açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, FED-in balansı ötən həftə tarixinə təxminən 300 milyard dollar artaraq 8,69 trilyon dollara çatıb.

ABŞ Federal Ehtiyat Sistemidən (FED) verilən açıqlamada bildirilib ki, sözügedən dövrdə banklar likvidlik dəstəyi verən endirim pəncərəsindən 152,9 milyard dollarlıq rekord məbləğdə borc götürüblər.

Buna qədər qeydə alınan ən yüksək məbləğ 2008-ci il maliyyə böhranında 111 milyard dollar olub.

Qeyd edək ki, ötən həftə banklar FED-dən 4,6 milyard dollar borc götürmüşdülər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər