“Apple”in yeni smartfonlarının qiyməti bahalaşacaq

10:42 - 17.03.2023


17 mart, Fineko/abc.az. “Apple”in yeni premium smartfonları indikilərdən daha bahalı olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə "MacRumors" nəşri məlumat yayıb.

"Haitong International Securities" şirkətinin analitiki Ceff Punun sözlərinə görə, ABŞ korporasiyası yeni cihazların artan maya dəyərini kompensasiya etməli olacaq.

Qeyd edilib ki, hazırlanmasında yeni texnologiyalardan istifadə edildiyinə görə iPhone 15 Pro və 15 Pro Max qiymətləri iPhone 14 Pro və 14 Pro Max modellərindən daha yüksək olacaq.

Ceff Pu qadcetlərin qiymətini açıqlamayıb.

Bütün xəbərlər