Avropa Mərkəzi Bankı uçot dərəcəsini 50 baza bənd artırıb

10:52 - 17.03.2023


17 mart, Fineko/abc.az. Avropa Mərkəzi Bankı (AMB) bank böhranının ortasında diqqətlə izlənilən faiz qərarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bank uçot dərəcələrini gözlənildiyi kimi 50 baza bəndi artırıb.

Avropa Mərkəzi Bank yenidən maliyyələşdirmə dərəcəsini 3,50%-ə marjinal maliyyələşdirmə imkanını 3,75%-ə, depozit dərəcəsini isə 3%-ə qədər artırılıb.

Qətnamənin mətnində inflyasiyanın uzun müddət çox yüksək səviyyədə qalacağı proqnozlaşdırılıb.

Bütün xəbərlər