Bu Mərkəzin Müşahidə Şurasında dəyişiklik – Yenidən formalaşdırıldı

11:49 - 17.03.2023


17 mart, Fineko/abc.az. Milli Depozit Mərkəzində(MDM) müasir çağırışlara cavab verən çevik və səmərəli idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə Müşahidə Şurasının tərkibi yenidən formalaşdırılıb.

ABC.AZ xəbər verir ki, dəyişikliklərə əsasən MDM-in Müşahidə Şurasının sədri Mərkəzi Bankın Daxili audit departamentinin direktoru Elçin Əlizadə, sədr müavini isə Kapital bazarı fəaliyətinə dair siyasət və nəzarət departamentinin direktoru Umeyra İbrahimova təyin edilib.

Beləliklə, MDM-in Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Elçin Əlizadə - Müşahidə Şurasının sədri

Umeyra İbrahimova – Müşahidə Şurasının sədrinin müavini

Nadir Babazadə – Müşahidə Şurasının üzvü

Elçin Məmmədov – Müşahidə Şurasının üzvü.

Qeyd edək ki, MDM-nin əsas məqsədi – Azərbaycan ərazisində qiymətli kağızların saxlanılmasını, onlar üzərində mülkiyyət və digər hüquqların uçotunu, habelə qiymətli kağızlarla bağlı əqdlərin qeydiyyatını aparan depozitar sisteminin işinin təşkili və əlaqələndirilməsidir.

Bütün xəbərlər