Azərbaycan əhalisinin sayı bu qədərdir

14:17 - 17.03.2023


17 mart, Fineko/abc.az. 2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu il fevralın 1-nə 10 131 373 nəfər təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əhalinin 54,6%-ni şəhər, 45,4%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.

 

Bütün xəbərlər