14:24 - 17.03.2023
17 mart, Fineko/abc.az. Sabahdan Azərbaycanda Novruz bayramı ilə bağlı 9 günlük tətil başlayır. Bu günlər ərzində regionlara səfər edərək istirahət etməyi planlaşdıran şəxslər kifayət qədər çoxdur.
ABC.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, Azərbaycanın regionlarında həm otel, həm də istirahət mərkəzləri baxımından qiymətlər müxtəlifdir.
Bəzi regionlarda qiymətlər vətəndaşlar üçün nisbətən ucuz olsa da, digər yerlərdə qiymətlər heç də ucuz deyil. Mövzu ilə bağlı turizm eksperti Ceyhun Aşurova müraciət etdik və regionlar üzrə qiymətlər barədə məlumat aldıq.
Ekspert bildirib ki, Novruz tətilində həm xarici ölkələrdən olan tusristlər, həm də yerli vətəndaşların bölgələrə səfərləri artacaq: "Artıq indidən sifarişlərin olmasını görmək mümkündür. Mövcud vəziyyətdə tələbin yüksək olması qiymətlərə də təsir edir. Qiymətlər baha görünsə də regionlarda otellərdə yerlər demək olar ki, dolub".
Turizm mütəxəssisi əlavə etdi ki, Azərbaycanda iki nəfərlik paketlərin qiyməti rayonlar üzrə müxtəlifdir: "Xüsusən turizm zonaları və iri otellərin yerləşdiyi zonalarda yeməklər və xidmətlərdən asılı olaraq qiymətlər dəyişir. Amma ortalama götürsək regionlar və otellərə görə qiymətlər 200-800 AZN arasında dəyişir".
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024