“Ford Motor” 1,2 milyon avtomobilini geri çağırıb

14:58 - 17.03.2023


17 mart, Fineko/abc.az. “Ford Motor”un 1,2 milyon avtomobilində texniki nasazlıq yaranıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətdən avtomobillərin geri çağrılmasınən əsas səbəbi maşınların əyləc mayesində sızma riskidir. Buna görə, ABŞ-ın avtomobil nəhəngi “Ford Motor” avtomobillərini geri çağırmaq qərarına gəlib.

ABŞ Milli Yol Təhlükəsizliyi İdarəsi 2013-2018-ci illər arasında ABŞ-da istehsal edilmiş 1,2 milyon “Ford Fusion” və “Lincoln MTZ” model avtomobilin hidravlik maye sızması riski səbəbilə xidmətə çağırıldığını açıqlayıb.

Təfərrüatlara baxıldığında, əyləc pedalının sızma səbəbiylə artma yaşana biləcəyi, bunun sürücülük zamanı yavaşlamanı azaldaraq qəzalara səbəb ola biləcəyi izah edildi.

 

Bütün xəbərlər