Əməkhaqqıların artımı üçün əlavə 750 milyon manat nəzərdə tutulub – Əli Əsədov

15:23 - 17.03.2023


Hesabat ilində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.

ABC.AZ-ın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zaman deyib.

O qeyd edib ki, Prezident tərəfindən 2023-cü ilin əvvəlindən sosial artımları özündə ehtiva edən sosial islahatlar davam etdirilib.

“Ümumilikdə, 2023-cü ildə əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcəkdir”, - deyə Baş nazir əlavə edib.

 

Bütün xəbərlər