“Xanoba”dan müxtəlif təyinatlı nəqliyyat vasitələri hərəkət edə biləcək – Şahin Bağırov

15:46 - 17.03.2023


17 mart, Fineko/abc.az. “Azərbaycan-Rusiya sərhədində yerləşən və açılışı olan “Xanoba” gömrük postundan müxtəlif təyinatlı nəqliyyat vasitələri hərəkət edə biləcək”.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib.

“Bu sərhəd-buraxılış məntəqəsi əvvəl də mövcud idi, sadəcə, imkanları zəif idi. Əlavə yaradılmış imkanlar sərhəd və gömrük əməkdaşlarının bərabər çalışıb zəruri prosedurları həyata keçirmələrinə imkan verir. Birgə fəaliyyət Azərbaycana daxil olan və ölkədən çıxan bütün nəqliyyat vasitələrinin əlavə vaxt gözləmələrinə məruz qalmadan yüklərin buraxılmasına şərait yaradır. Burada ölkəyə daxilolma və getmə xətlərinin sayı 13-ə çatdırılıb”, - deyə o qeyd edib.

Bütün xəbərlər