Səudiyyənin şirkəti Çində neft emalı zavodu tikəcək

10:04 - 27.03.2023


27 mart, Fineko/abc.az. Səudiyyə Ərəbistanının milli neft şirkəti olan Saudi Aramco, Çində neft emalı və neft-kimya zavodu tikərək fəaliyyətə başlayacağını açıqladı.
ABC.AZ xəbır verir ki, bu barədə “Saudi Aramco”dan bildirilib. Məlumata görə, Çinin Norinco və Panjin şirkətləri ilə ortaq müəssisə fəaliyyətə başlayıb.
Saudi Aramco müştərək müəssisənin 30 faizinə, Norinco 51 faizinə və Panjin 19 faizinə sahib olacaq.
Şirkətlərin birgə müəssisəsi ilə gündəlik istehsal gücü 300 min barel olan neft emalı zavodu, həmçinin illik 1,65 milyon ton etilen və 2 milyon ton paraksilol istehsal gücünə malik neft-kimya zavodu tikiləcək.

Bütün xəbərlər