Orxan Məmmədov CEO Lunch Baku-nun fəxri qonağı olacaq

12:01 - 21.06.2018


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov iyulun 11-də Caspian European Club tərəfindən təşkil olunacaq 15-ci CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edəcək Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, tədbir Caspian European Club-un Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi ilə əməkdaşlığın genişlənməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri əsasında baş tutacaq.

Telman Əliyev vurğulayıb ki, CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin özəl sektor və Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi iləəməkdaşlığın genişləndirilməsi məsələsi üzrə təşəbbüs və təklifləri müzakirə olunacaq. O həmçinin qeyd edib ki, CEO Lunch Baku üzvlərinə onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.

CEO Lunch Baku şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. Tədbirə qatılmaq üçün Caspian European Club-un saytında aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmək lazımdır: http://www.caspianenergy.org/index.php/az/2018-01-09-13-22-37/ceo-lunch/item/144-ceo-lunch-baku-20-06-2018

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Bütün xəbərlər