“Credit Suisse”i “batıran” ərəb maliyyəçi vəzifəsindən istefa verdi

11:40 - 27.03.2023


27 mart, Fineko/abc.az.Səudiyyə Ərəbistanı Milli Bankının (SƏMB) sədri Əmmar Əl Xudairi vəzifəsindən istefa verib.

ABC.AZ xəbər verir ki, o bundan əvvəl açıqlamaları ilə gündım olmuşdu. Belə ki, Ə.Xudairinin açıqlamarından sonra “Credit Suisse”nin səhmlərində tarixi iflas yaranıb. Ekspertlər onun istefasını açıqlamaları ilə əlaqələndirir.
Xudairi martın 16-da verdiyi açıqlamada bundan sonra “Credit Suisse”ni dəstəkləməyəcəklərini bildirmişdi:
“İsveçrə Mərkəzi Bankının açıqlamalarına baxsaq, hər şey qaydasında olduğunu görərik. Düşünürəm ki, bank daha çox kapitala ehtiyac duymayacaq”.
Müəllif: Elmir Murad

Bütün xəbərlər