Bakıda şadlıq saraylarında qiymətlər bahalaşıb - Təfərrüat

14:41 - 27.03.2023


27 mart, Fineko/abc.azBakıda şadlıq saraylarında menyular bahalaşıb.

ABC.AZ xəbər verir ki, bu barədə  İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, 2023-cü ilin ferval ayında şadlıq saraylarında sifarişlərin sayı 27.5 faiz azalıb.

Bununla yanaşı şadlıq saraylarında fevral ayında qiymətlər 5.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət daha çox artıb - 6.5 faiz.

Qiyməti 40-80 faiz olan menyularda 5.7 faiz qiymət artımı müşahidə edilib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.1 faiz artım qeydə alınıb.

Bütün xəbərlər