Pambıq lifi və ipliyinin ixracı azalıb

15:11 - 27.03.2023


27 mart, Fineko/abc.az. 2023-cü ilin ilk iki ayında 12,5 min ton pambıq lifi, 1961 ton pambıq ipliyi ixrac olunub.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 23,2 milyon ABŞ dolları, pambıq ipliyinin dəyəri isə 5,7 milyon dollar olub.
Xatırladaq ki, 2022-ci ilin eyni dövründə dəyəri 51,6 milyon dollar olmaqla 23,5 min ton pambıq lifi, məbləği 9,3 milyon dollar olmaqla 2227 ton pambıq ipliyi ixrac edilib.

Bütün xəbərlər