"Altis Group of Company" və "Azpetrol" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ  

15:15 - 27.03.2023


27 mart, Fineko/abc.az “Azpetrol LTD” MMC məhkəməyə verilib.

ABC.AZ xəbər verir ki, iddia  mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi ziyanın ödənilməsi üzrə qaldırılıb.

İddiaçılar “Altis Group of Company” MMC və Məmmədov Nurəddin Xanbaba oğludur.

İş Bakı Kommersiya Məhkəməsində  hakim Ülkər Həsənovanın icraatındadır.

Qeyd edək ki, “Altis Gorup of Company” MMC (VÖEN: 1000817631) 11.04.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nəcəfov Toğrul Cahid oğludur. Nizamnamə kapitalı 2 307 143 manatdır.

Bütün xəbərlər