Azərbaycanın sığorta bazarı böyüyüb ya kiçilib?

15:54 - 27.03.2023


 27 mart, Fineko/abc.az.  Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221,068 milyon manat sığorta haqqı toplanılıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 24 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 % çoxdur.

2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.

Bütün xəbərlər