Daha bir ölkədə "Tik Tok" qadağan edildi  

16:24 - 27.03.2023


27 mart, Fineko/abc.az.  Avropanın daha bir ölkəsində “TikTok”dan istifadəni qadağan edib. ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, İsveç Müdafiə Nazirliyi əməkdaşlara xidməti cihazlarda “TikTok”dan istifadəni qadağan edib.

Bu barədə İsveçin “Sveriges Radio” şirkəti məlumat yayıb. Belə ki ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Quna Qraufeld bildirib ki, qərarın verilməsinə səbəb kimi göstərilib ki, proqram Çin şirkətinə məxsusdur, istifadəçi məlumatlarını toplamaq imkanlarına malikdir və sonradan bu məlumatlar Çin dövlət qurumlarının əlinə keçə bilər.

Xatırladaq ki, Avropa Komissiyası və Avropa İttifaqı Şurası bu proqramın öz əməkdaşlarının xidməti telefonlarında istifadəsinə qadağa qoyduğunu elan edib.

Bütün xəbərlər