“Dəmirbank” ASC-nin balansındakı maşınlar satışa çıxarılır 

17:21 - 27.03.2023


27 mart, Fineko/abc.az   “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda ləğv prosesində olan “Dəmirbank” ASC-nin balansındakı daşınar əmlak təkrar açıq hərraca çıxarılacaq.

Əmanətlərin Sığortalanması Fondundan ABC.AZ bildirilib ki, daşınar əmlak 10-AH-773 dövlət qeydiyyat nişanlı “BMW 760 LI” minik markalı nəqliyyat vasitəsidir. Hərrac addımı - ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır, 1-ci sıradakı nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca 100 faiz dəyərində təqdim olunur. Hərracda iştirak etmək üçün ərizələrini geri götürmüş şəxslərin ödədiyi beh geri qaytarılır. Bu halda ödənilmiş iştirak haqqı hərracın keçirilməsinə ən geci 3 gün qalmış ərizələrini geri götürən şəxslərə qaytarılır. Balanssaxlayıcı təşkilat tərəfindən hərracda iştirak etmək üçün beh ödəmiş şəxslərə satışa çıxarılan nəqliyyat vasitəsilə qabaqcadan tanış olmaq (baxışın keçirilməsi, servisdə yoxlanılması) imkan yaradılır.