11:00 - 28.03.2023
28 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Gürcüstan mətbuatında qonşu ölkənin mayı 1-dən Azərbaycanla quru sərhədlərini açacağı ilə bağlı məlumatlar dərc edilib.
ABC.AZ xəbər verir ki, bundan sonra yerli mətbuata açıqlama verən deputat Vahid Əhmədov hələ ki, bununla bağlı rəsmi məlumatın olmadığını bildirib: “Gürcüstan mətbuatında belə bir məlumat yayılıb, mən də oxumuşam. Amma bununla bağlı hələ ki, rəsmi məlumat yoxdur. Mənim fikrimcə, sərhədlərin bağlanması əsasən təhlükəsizlik məsələsi ilə əlaqədardır. Əlbəttə, mən istərdim ki, quru sərhədlər açılsın. Hətta mən təklif də verdim ki, heç olmasa, sərhədlər elə açılsın ki, yoxlamalar getsin, müəyyən məsələlər öz həllini tapsın. Elə insanlar var ki, mütləq gəlməlidirlər, ailələrində müəyyən problemlər ola bilər. O insanların müəyyən hissəsini yüksək nəzarət mexanizmini həyata keçirməklə buraxmaq olar. Amma ətrafda fikir verirsinizsə, bəzi hadisələr baş verir - İranla münasibət, Rusiyanın Qarabağda oynadığı oyunlar və s. Bunların hamısı təhlükəsizliyə təminat üçün həyata keçirilir ki, Azərbaycanda ciddi problem yaşanmasın. Şəxsən mən millət vəkili olaraq Azərbaycanda bu sərhədlərin açılmasının tərəfdarıyam. Ciddi nəzarət mexanizmi həyata keçirməklə sərhədləri açmaq olar”.
Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9 % azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3% artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023