İcbari sığorta yığımları kəskin artdı

11:16 - 28.03.2023


28 mart, Fineko/abc.az.  2023-cü ilin yanvar-fevral ayları ərzində Azərbaycanda avtomobillərin icbari sığortası (NVSMMİS) üzrə yığımlar 23 milyon 457.9 min manat təşkil edib.

ABC.AZ  Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 64.2% və ya 9 milyon 175.4 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında 14 milyon 282,5 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 17 milyon 206.3 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 30% və ya 3 milyon 975.9 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 13 milyon 230.4 min manata bərabər olub.

Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə NVSMMİS üzrə zərərliliyi 20.8% azaldıb. Belə ki, ötən ilin ilk iki ayında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 92.6 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk iki ayında bu rəqəm 73.3 manata enib.

Bütün xəbərlər