11:28 - 28.03.2023
28 mart, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) departamentlərdən birinə direktor təyin edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Əli Sultanlı Neft kontraktları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2023-cü ilin martından başlayıb. 2022-ci ilin yanvarından bu departamentdə direktor müavini olmaqla bərabər direktorun vəzifəsini icra edirdi.
Ə.Sultanlı ARNDF-dəki karyerasına 2014-cü ildən başlayıb.
Qeyd edək ki, Ə.Sultanlı 2009-2012-ci illərdə London Royal Hallouey Universitetində biznesin idarə edilməsi və menecmenti ixtisası üzrə bakalavr, 2012-2013-cü illərdə London Kraliça Meri Universitetində bank və maliyyə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.
Hazırda ARDNF-in strukturunda 12 departament fəaliyyət göstərir.
Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9 % azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3% artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023