“Rolce Roys” yeni kupesini təqdim edib - FOTO

11:55 - 28.03.2023


28 mart, Fineko/abc.az. “Rolls-Royce” şirkəti “Wraith Black Arrow Collection” modelini təqdim edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, V12 mühərriki ilə təchiz edilən sonuncu kupedir.

Qeyd edək ki, Britaniya istehsalçısı 2022-ci ilin yazında “Wraith” və “Dawn” modellərinin həyat dövrünün başa çatdığını rəsmən elan etmişdi - kupe və kabriolet 2023-cü ilin əvvəlində istehsaldan çıxarılacaqlar. Onların varisləri olmayacaq - Britaniya brendinin xəttində hər iki avtomobili Spectre elektromobili əvəzləyəcək. İkiqapılı modellərlə yanaşı, V12 mühərriki də səhnəni tərk edəcək. Çünki bütün yeni Rolls-Royce modelləri elektrik güc qurğusu ilə təchiz olunacaqlar.

Bütün xəbərlər