"Credit Suisse" UBS ilə birləşir      

12:25 - 28.03.2023


 28 mart, Fineko/abc.az İsveçrənin Credit Suisse (CS) bankı UBS ilə birləşməsinin bu ilin sonuna qədər tamamlanacağını gözləyir.

ABC.AZ xəbər verir ki, Martın 19-da İsveçrənin mərkəzi bankı ölkənin ən böyük bankı UBS-nin çətin vəziyyətdə olan Credit Suisse-i 3 milyard frank (3,2 milyard dollar) qarşılığında almağa razılaşdığını açıqlayıb.

Credit Suisse bildirib ki, birləşmə iki qlobal bankı "bir-birini tamamlayan güclü tərəflər və bir-birinin biznesini dərindən anlaması ilə" bir araya gətirəcək. "Birləşmənin 2023-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir".

Credit Suisse-in fəaliyyətini davam etdirəcəyi vurğulanır. Müştərilərə müraciət edən bank bildirir ki, “heç bir tədbir görməyə” ehtiyac yoxdur.

Bütün xəbərlər