15:05 - 28.03.2023
28 mart, Fineko/abc.az. “Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə start verildi. Mən özüm Kəlbəcərdən Laçına maşınla getmişəm, məsafə o qədər uzun olmasa da, bu yol həddindən artıq çətin və təhlükəlidir, indiki yoldan istifadə etmək, demək olar ki, qeyri-mümkündür”.
ABC.AZ xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin olunan Məsim Məmmədovu qəbul edərkən deyib.
“Sovet vaxtında o bölgələrdə yaşamış insanlar da yaxşı xatırlayırlar ki, o yol çox çətin idi, bir çox hallarda bu, serpantin yoldur və çox təhlükəli idi. Ona görə biz bu yolu yenidən qururuq, bir çox tunellər inşa ediləcək. Ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir”, – Prezident İlham Əliyev bildirib.
Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9 % azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3% artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023