Azərbaycanda sığorta ödənişlərinin 80%-i 5 şirkətin payına düşür

17:32 - 28.03.2023



 28 mart, Fineko/abc.az. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilmiş 70,514 milyon manat sığorta ödənişinin 56,599 milyon manatı və yaxud 80,3%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ "Renkinq" -ə istinadla xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (32,888 milyon manat), “PAŞA Sığorta” (11,669 milyon manat), “Xalq Sığorta” (5,442 milyon manat), “Atəşgah Həyat Sığorta” (3,755 milyon manat) və “Atəşgah Sığorta” (2,845 milyon manat) ASC-lərdir.

2 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “İpək Yolu Sığorta” (23 min manat), “Naxçıvan Sığorta” (129 min manat), “Bakı Sığorta” (454 min manat) və “Atasığorta” (544 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,15 milyon manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 1,6%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 12,765 milyon manat (18,1%) təşkil edib.

Bütün xəbərlər