Azərbaycanda yeni layihə - Beynəlxalq təşkilatlar 5,25 milyon avro xərcləyəcək

10:52 - 29.03.2023


29 mart, Fineko/abc.az. Azərbaycan Hökuməti, Avropa İttifaqı və Dünya Bankı Azərbaycanda 5,25 milyon avroluq layihənin icrasını nəzərdən keçiriblər.

ABC.AZ xəbər verir ki, martın 29-da İqtisadiyyat Nazirliyi, Avropa Ittifaqı (Al) və Dünya Bankı (DB) hökumət, inkişaf təşkilatları, vətəndaş cəmiyyəti, elm müəssisələri və medianı təmsil edən tərəfdaş və həmkarlarla birlikdə Azərbaycan Çevik Texniki Yardım Alətinin (AZTAF) icrasını nəzərdən keçirmək məqsədilə toplantı keçiriblər.

AZTAF Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan ümumi büdcəsi 5,25 milyon avro olan üç illik proqramdır.

Onun məqsədi Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərinə uyğun olaraq Azərbaycan Hökumətinə sosial inklüzivliyi və bağlantıları genişləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlet sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-dan sonra effektiv iqtisadi berpaya nail olmağa kömək etmək üçün analitik dəstək və potensialın yaradılmasını təmin etməkdir.

Bütün xəbərlər