Azərbaycan ilk dəfə xaricə saat satışına başlayıb

12:00 - 29.03.2023


29 mart, Fineko/abc.az. Azərbaycanda saat istehsalı ilə məşğul olan yeganə müəssisə “VMF Natural Frequencies” saat fabriki ilk dəfə olaraq xaricə saatların ixracına başlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə “VMF Natural Frequencies”ın icraçı direktoru Orxan Məmmədov bildirib.

Qeyd edək ki, təkcə Azərbaycanda deyil, ətraf regionlarda da yeganə saat istehsalı müəssisəsi olan “VMF Natural Frequencies” saat zavodunda qol saatlarının istehsalına 2018-ci ildən başlanılıb.

Qobu qəsəbəsində yerləşən fabrikin əsas saat brendi “VMF”dir. 2023-cü ildən isə gənclər üçün «Rover», uşaqlar üçün isə “Elli” saatlarının istehsalına start verilib.

Ayda 900-1200 ədəd saat buraxılır

Fabrikdə klassik, idman üslublu saatlar və uşaq saatları istehsal olunur. Müəssisə ay ərzində 900-1200 saat istehsal etmək imkanındadır.

Bütün xəbərlər