“Redmi Note” seriyalı telefonların satış həcmi 320 milyonu keçib

14:13 - 29.03.2023


29 mart, Fineko/abc.az. Son 10 ildə “Redmi Note” seriyalı mobil telefonların ümumi satış həcmi 320 milyon ədədi keçib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu Çinin “Xiaomi” və “Redmi” şirkətlərinin prezidenti Lu Veybinq bildirib. Qeyd edək ki, bununla yanaşı nüfuzlu tədqiqat təşkilatı olan “Canalys” də 2022-ci il üçün qlobal mobil telefon tədarükü reytinqini təqdim edib.

Bu reytinqdə “Redmi Note 11” telefonu “iPhone 14 Pro” və “iPhone 14 Pro Max” kimi 18 milyon ədəd satışla ilk onluğa daxil olub.

Lu Veybinq  qeyd edib ki, “Redmi Note 11” həm də bu onluğa daxil olan yeganə Çin mobil telefon markasıdır. Digər modellər “Apple” və ya “Samsung”a məxsusdur.

Müəllif: Elmir Murad

Bütün xəbərlər