Rusiya Avropa bazarını itirir və Çindən asılı vəziyyətə düşür

15:20 - 29.03.2023


29 mart, Fineko/abc.az. “Rusiyada iqtisadi böhran başlayıb”.

ABC.AZ xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşrində məqalə dərc olunub.

Belə ki, məqalədə müharibənin ilk aylarında neft və qazın qiyməti yüksəldi və Rusiya ciddi qazanc əldə etdi, amma artıq o günlər bitdiyi qeyd edilib.

“Qərbin sanksiyaları getdikcə tükənir. Rusiyanın dövlət gəlirləri azalır. Rusiyanın iqtisadiyyatı getdikcə zəifləyir.

Ölkənin ən böyük ixrac əmtəələri olan qaz və neft əsas alıcılarını itirib. Noyabrdan bəri rubl dollara nisbətdə 20%-dən çox ucuzlaşıb. Gənclərin cəbhəyə getməsi və ya hərbi xidmətə cəlb olunması qorxusundan ölkədən qaçması nəticəsində işçi qüvvəsi azalıb”, - məqalədə bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiya tədricən Avropa bazarını itirir və Çindən asılı vəziyyətə düşür.

Bütün xəbərlər