16:21 - 29.03.2023
29 mart, Fineko/abc.az. 2022-ci ilin yekun nəticələrinə əsasən, yerli telekommunikasiya bazarında mobil operator “Nar” Müştəri Loyallığı İndeksinə (NPS – Net Promoter Score) görə ölkənin lider mobil operatorudur. Artıq ardıcıl dördüncü ildir ki, “Nar” Müştəri Loyallığı İndeksində rabitə bazarında ən yüksək göstəriciyə nail olur. Respondentlər ən çox mobil operatorun sərfəli qiymət qarşılığında təqdim etdiyi keyfiyyətli xidmətdən razı qalıblar.
Bu, mobil operatorun tariflərinin statistikasında öz əksini tapıb; “Cavannar 6” və “Cavannar 9” tariflərinə qoşulanların sayı müvafiq olaraq 135% və 85% təşkil edib, “Full” paketlərində isə ümumilikdə 13% artım olub. Daha üstün müştəri xidmətləri göstərmək üçün ötən il 20 “Nar” mərkəzi və diler dükanlarını yenilənmiş, eləcə də, 164 yeni 4G baza stansiyası ilə şəbəkə əhatəsi daha da gücləndirilib. “Nar” şəbəkəsində 4G istifadəçilərinin sayı da 7,6% artıb.
“Nar” 2022-ci ildə müştərilərin heç yana getmədən nömrə əldə etməsi üçün ilk dəfə üztanıma texnologiyası ilə eSIM xidməti təqdim etdi. Abunəçilərin balanslarına nəzarət etmələri üçün “Nar+” özünəxidmət tətbiqi təqdim edildi. Bundan başqa, ötən ildən etibarən “Nar”, ingilis dili öyrənmək istəyən abunəçilərinə “LingoKids” və “FluentWorlds” kimi öyrədici tətbiqləri ilk ay pulsuz olmaqla, 70% endirimlə təqdim edir.
Mobil operatorun bütün məhsul və kampaniyaları haqqında məlumatları nar.az veb saytından və “Nar”ın sosial media səhifələrindən öyrənə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətlə bağlı ayırmalar 10,879 milyon manat və yaxud 1,9 % azaldılaraq 561,709 milyon manatdan 550,83 milyon manata endirilir.
31 May 2023
Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsindən ümumi dövlət xidmətləri ilə bağlı ayırmalar 316,254 milyon manat və yaxud 8,3% artırılaraq 3 milyard 808,23 milyon manatdan 4 milyard 124,484 milyon manata çatdırılır.
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
31 May 2023
30 May 2023
30 May 2023
30 May 2023
30 May 2023