Azərbaycandan tranzit keçən avtomobillərdən yol vergisi alınacaq - MƏBLƏĞLƏR

17:26 - 29.03.2023


29 mart, Fineko/abc.az. Azərbaycanın ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər yol vergisi ödəyici, həmin şəxslərə məxsus nəqliyyat vasitələri isə yol vergisinin obyekti hesab olunacaq.

ABC.AZ xəbər verir ki, bu, Prezident İlham Əliyevin Vergi Məcəlləsinə dəyişikliklə bağlı imzaladığı Qanunda əksini tapıb.

Beləliklə, həmin nəqliyyat vasitələri üçün yol vergisi aşağıdakı kimi olacaq:

Ölkə ərazisində qaldığı müddət        Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda        Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda       Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda

1 aya qədər 15 ABŞ dolları   20 ABŞ dolları  40 ABŞ dolları

3 aya qədər 30 ABŞ dolları   40 ABŞ dolları  60 ABŞ dolları

1 ilə qədər   40 ABŞ dolları   80 ABŞ dolları  120 ABŞ dolları

1 ildən yuxarı           40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları           80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları            120 ABŞ dolları+ 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları

Həmçinin təhlükəli yüklərin daşınmasına görə yol vergisinə tətbiq olunan artımlar, o cümlədən nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi 38 tondan 41 tonadək olduqda Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün verginin 0,15 ABŞ dolları artırılmasına dair müddəa da ləğv olunur.

 

Bütün xəbərlər