17:31 - 29.03.2023
29 mart, Fineko/abc.az. Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yığım və ödənişlərdə kəskin artım qeydə alınıb.
ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-fevral aylarında bu növ sığorta üzrə 13 milyon 519,2 min manat sığorta haqqı toplanıb.
Bu keçən ilin müvafiq dövrü ilə müqayisədə 4 milyon 445 min manat və ya 49% çoxdur. Belə ki, keçən ilin fevral-aylarında bu göstərici 9 milyon 074,2 min manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası üzrə ödənişlər isə 2023-cü ilin yanvar-fevral aylarında 249,4 min manat təşkil edib.
Bu da keçən illə müqayisədə 143,8 min manat və ya təxminən 2,4 dəfə artım deməkdir.
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
5 Sentyabr 2024
5 Sentyabr 2024
5 Sentyabr 2024
5 Sentyabr 2024
5 Sentyabr 2024