Togg T10X avtomobili almaq istəyənlər üçün lotoreya keçirib

11:40 - 30.03.2023


30 mart, Fineko/abc.az. Türkiyənin yerli istehsalı olan "Togg T10X" avtomobilini sifariş etmək hüququ qazanan iştirakçılar üçün lotereya keçirilib.

ABC.AZ xəbər verir ki, öncədən sifariş prosesində iştirak edən 177 min 467 nəfər arasında qaliblər açıqlanıb.

Püşkatmanın nəticələrinə görə, “Togg” almaq hüququ olan 20 min şanslı qalibə çatdırılma 2024-cü ildə ediləcək.

2023-cü il tədarükləri üçün ehtiyat siyahıdan əsas siyahıya keçə bilməyənlər, 2024-cü ilin yanvar ayından etibarən təyin olunacaq yeni paket və konfiqurasiya variantları ilə "T10X" sifariş edə biləcəklər. Bu sifarişi verənlər 2024-cü ilin iyun ayına qədər heç bir tirajda iştirak etmədən smart cihazlarını ala biləcəklər. Digər tərəfdən, əsas və ehtiyat siyahıda olmayan istifadəçilər tərəfindən edilən 60 min TL-lik ödənişlər "Trumore" şəbəkəsi vasitəsilə geri qaytarılacaq.

 

Bütün xəbərlər