Azərbaycanın tədiyyə balansının ehtiyat aktivləri 9 milyard dolları keçib

12:03 - 30.03.2023


30 mart, Fineko/abc.az. 2022-ci ildə Azərbaycanın tədiyyə balansınının ehtiyat aktivləri 9.4 milyard dollar artıb.

ABC.AZ xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının 2022-ci il üzrə Tədiyyə Balansı hesabatında bildirilir.

Qeyd edilib ki, 2022-ci il üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.

Cari əməliyyatlar balansında 23.5 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 12.5 milyard dollar kəsir yaranmış, ehtiyat aktivləri 9.4 milyard dollar artıb.

Bu dövrdə xam neftin orta qiyməti 104 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 15.4% artaraq 2.9 milyard dollar səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər